Sizin link burada

Kim Çen In və Donald Tramp birgə sənəd imzaladı

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb.

 

APA-nın CNN-ə istinadən verilən məlumata görə, D. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.

 

Şimali Koreya liderini Ağ evə dəvət edən Tramp bu gün Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.

 

  

KXDR lideri isə dünyanın mühüm dəyişikliklərin şahidi olacağını deyib.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>