Sizin link burada

Liseylərin V sinfinə qəbul üzrə elektron qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlayıb.

 

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.

 

Bu günə olan məlumata əsasən, elektron sistem vasitəsilə liseylərin V  sinfinə qəbul üçün 1 130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.

 

Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

 

İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>