Sizin link burada

Bakıda vəzifəli şəxs bir həftədə ikinci dəfə cərimələndi - 6000 manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.
 
 
Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
 
 
Qeyd edək ki, adıçəkilən müəssisə rəhbəri iyunun 6-da da havanı çirkəndirməsi səbəbindən nazirlik tərəfindən 3000 manat cərimələnmişdi.  

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>