Sizin link burada

İranda güclü fırtına: 18 yaralı

İranda baş verən fırtına nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

 

Yağışla müşahidə olunan güclü külək Tehran əyalətində ciddi fəsadlar törədib.

 

Məlumata görə, surəti saatda 83 km çatan güclü külək ağacları, elektrik dirəklərini aşırıb,  yaşayış evlərinin fasadlarını uçurub.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>