Sizin link burada

Goranboyda iki “VAZ” toqquşdu, ölən var

Goranboyda iki avtomobil toqquşub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

 

Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21011” markalı iki avtomobil toqquşub.

 

Qəza zamanı avtomobillərə ziyan dəyib. “VAZ 21011”-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>