Sizin link burada

Qalmaqallı bağçanın müdiri: “Daha fəaliyyət göstərməyəcək...”

Bakıda “Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı məsələ geniş ictimai reaksiya doğurub. Uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü ilə bağlı artıq müvafiq dövlət qurumları araşdırma başlayıb. 

 

Bu gün bağçanın müdiri Nigar Müseyibova müəssisədə olan jurnalistlərə qısa açıqlama verib. Lent.az-ın məlumatına görə, N.Müseyibova deyib: “Bura bağça deyil. Uşaq mərkəzidir. Onsuz da mərkəz bundan sonra fəaliyyət göstərməyəcək”.

 

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, adları çəkilən qurumlar tərəfindən “Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>