Sizin link burada

DİN dəhşətli qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Xaçmazda baş verən dəhşətli qətllə bağlı məlumat yayıb.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun  əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>