Sizin link burada

"Cənub Qaz Dəhlizinin maliyyələşməsi ilə bağlı heç bir problem yoxdur" - SOCAR prezidenti

“Cənub Qaz Dəhlizinin gələcəkdə maliyyələşməsi ilə bağlı heç bir problemimiz yoxdur”.
 
 
 
Bunu APA-nın Türkiyə müxbirinin sualını cavablandıran SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
 
 
İqtisadi cəhətdən Cənub Qaz Dəhlizini böyük layihə adlandıran R.Abdullayev bildirib ki, dünyada nüfuzlu bəzi banklar və maliyyə təşkilatları bu layihənin maliyyələşməsində iştirak edir.
 
 
 
“İndi artıq maliyyələşmə başa çatıb və mən deyərdim ki, təklif çoxdur və  hələ istifadə etmədiyimiz əlavə böyük maliyyə dəstəyi portfelləri qalmaqdadır”, - deyə R.Abdullayev vurğulayıb.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>