Sizin link burada

Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən meyit tapılıb. Lent.az Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Selkoviç Lilya Vladimirovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>