Sizin link burada

“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşdi

“Çelsi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “zadəganlar” “Napoli”nin sabiq çalışdırıcısı Mauritsio Sarri ilə anlaşıb.

Sabah “Napoli” rəhbərliyi ilə görüşərək təzminat məsələsini həll edəcək Sarri həftə ərzində müqavilə bağlamaq üçün Londona yollanacaq. Sarri özü ilə Neapol klubunun 3 futbolçusunu da “Çelsi”yə aparmaq niyyətindədi. Potensial namizədlər müdafiəçilər Elseid Hisay, Xalidu Kulibali və yarımmüdafiəçi Petr Zelinski göstərilir.

Bundan başqa, 59 yaşlı mütəxəssis “Yuventus”un hücumçusu Qonsalo İquainin də transfer edilməsini istəyib.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>