Sizin link burada

“Real”dan PSJ-yə fantastik təklif

“Real” PSJ-nin hücumçusu Neymarı transfer etməkdə israrlıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” yeni təkliflə parislilərin qapısını döyüb.

Onu almamış əl çəkmək istəməyən “Real”ın prezidenti Florentino Peres bu dəfə daha astronomik məbləğ təklif edib. Belə ki, o, Braziliya millisinin liderinin keçidi müqabilində qarşı tərəfə 350 milyon avro ödəməyə hazır olduğunu bildirib. PSJ ilə müqavilə müddəti 2022-ci ilə qədər olan Neymar özü də İspaniyaya qayıtmaqda maraqlıdı. “Real” superulduzun özünə isə illik 45 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Neymar ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 30 oyunda 29 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ onu ötən il “Barselona”dan 222 milyon avroya transfer edib.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>