Sizin link burada

G-7 yekun kommunikeni razılaşdırdı

G7 ölkələri sammitin yekun kommunikesini razılaşdırıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Castin Trüdo bildirib.  

 

“Məmnuniyyətlə bildirirəm ki, yeddi ölkə tərəfindən razılaşdırılmış yekun kommunike tərəfimizdən qəbul edilib”, deyə Trüdo Kvebek sammitinin yekunlarını şərh edərkən bildirib.

 

Kanadanın baş naziri Kvebek görüşünü uğurlu adlandırıb.  Onun sözlərinə görə, G-7 ölkələri böhranlı ölkələrdə qadınların təhsilinə 4 mlrd. dollaradək vəsaitin ayrılmasına dair razılığa gəliblər.

 

Qeyd edək ki, gender bərabərliyi G-7-də Kanada sədrliyinin əsas mövzularından biri olub.   

 

Fransa prezidenti Emmanuel Makron və Castin Trüdo bundan əvvəl ABŞ prezidenti Donald Trampın bəzi məsələlər üzrə güzəştə getməyəcəyi təqdirdə yekun kommunikeni imzalamayacaqlarına dair xəbərdarlıq etmişdilər.  

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>