Sizin link burada

Tbilisidə məktəblilərin qətli ilə bağlı sabiq prokuror tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə iki yeniyetmənin qətlinin təkrar istintaqı zamanı Baş Prokurorluğun əməkdaşı Mirzə Subelianini saxlayıb.

 

İstintaq müəyyən edib ki,  Mirzə Subeliani qətlin törədilməsi və Q.C.-nin cinayətlə əlaqəli olması barədə məlumatlı olsa da, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.   

 

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bir müddət əvvəl təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib. Bununla bağlı Tbilisidə keçirilən irimiqyaslı etiraz aksiyaların əsas tələbi ötən ilin dekabrında qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır.

 

Aksiyanın əsas təşkilatçısı olan qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze kütləvi aksiyanın baş nazir və hökumət istefa verənədək davam etdiriləcəyini bildirib.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>