Sizin link burada

Tramp Kim Çen Inla görüşə yola düşdü

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparmaq üçün bu gün Kanadadan Sinqapura yola düşüb.  

 

Məlumata görə, ABŞ prezidentinin təyyarəsinin iyunun 10-da saat 20.35-də (Bakı vaxtı ilə 16.35-də)  Sinqapura eniş edəcəyi gözlənilir.  

 

Görüş iyunun 12-nə planlaşdırılıb.

 

Qeyd edək ki, Donald Tramp “G-7” sammitində iştirak etmək üçün Kanadada səfərdə idi.  

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>