Sizin link burada

DÇ-2018: Ən dəyərli komandalar və futbolçular...

Gələn həftə start götürəcək dünya çempionatının ən dəyərli komandaları açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sıralama 32 millinin heyətində yer alan 23 futbolçunun dəyərinə əsasən müəyyənləşib.
 
İlk pillədə Fransa millisi qərarlaşır. Didye Deşamın yetirmələrinin ümumi dəyəri 1 milyard 80 milyon avrodu. Fransızların ən dəyərli oyunçusu 120 milyon avro ilə Kilian Mbappedi. Onu Antuan Qrizmann (100) və Poq Poqba (90) izləyir.
 
 
İkinci yer İspaniyaya məxsusdu. “Buğalar”ın dəyəri 1 milyard 30 milyon avro göstərilib. Bu baxımdan 80 milyon avro ilə komandanın lideri Serxio Busketsdi. İsko və Asensio 75 milyona bərabərdi.
 
İlk “üçlüy”ü Braziliya millisi qapayır. “Pentakampeonlar”ın ən bahalı oyunçusu Neymardı – 180 milyon. Filip Koutinyonun dəyəri isə 100 milyondu. Son dünya çempionu Almaniya 4-cü pillədə özünə yer edib. Bundestimdə Toni Kroos (80 milyon) komanda yoldaşlarını qabaqlayır. 5-ci olan İngiltərədə Harri Keynə 150, Dele Alliyə isə 100 milyon avro qiymət qoyulub.
 
690 milyon avroluq dəyəri olan Argentinada Lionel Messi faktoru var. Neymar kimi, onun da qiyməti 180 milyon avro göstərilir. Paulo Dibala 110 milyon avro dəyərindədi. Argentina siyahıda Belçikanın ardından 7-ci sıraya qərar tutub. 8-ci olan Portuqaliyanın superulduzu Kriştianu Ronaldonun dəyəri isə 100 milyon avroya bərabərdi.
 
Mundialda bütün diqqətləri üzərinə çəkəcək oyunçulardan biri də Məhəmməd Salahdı. 23 nəfərlik Misir yığmasının ümumi dəyəri 197 milyon avrodusa, bunun 150 milyonu Salaha görədi. Yəni Salah təkbaşına bütün komanda yoldaşlarının cəmindən 3 dəfədən də bahadı.
 
Siyahının son pilləsində yer alan Panama 8 milyon 430 min avro ilə ölçülüb.
 
Dünya çempionatının ən bahalı futbolçuları isə Neymar və Lionel Messidi. 180 milyonluq superulduzları Harri Keyn, Məhəmməd Salah və Kevin De Bruyne (150) izləyir.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>