Sizin link burada

Avropalı parlamentari: "Biz Dağlıq Qarabağa heç vaxt qanunsuz səfər etməyəcəyik"

"Mən qrupum və öz adımdan deyə bilərəm ki, Dağlıq Qarabağa heç vaxt qanunsuz səfər etməyəcəyik ". 

 

APA-nın xəbərinə görə, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti Yan Zahradil jurnalistlərə açıqlamasında deyib.
 

O, bu məsələnin çox həssas olduğunu vurğulayıb: "Adətən bu cür vəziyyətləri cəmiyyətdə açıq danışmıram, çünki çox həssas məsələdir. Başa düşürəm ki, Azərbaycan hökuməti  Avropa parlamentinin hər hansı bir üzvünün Dağlıq Qarabağa qanunsuz, Azərbaycan tərəfindən icazə  almadan səfər etməsinə görə təəssüflənir və bunu yaxşı qarşılamır. Parlamentin hər bir üzvü nə istəyirsə, onu etməkdə sərbəstdir. Mən ancaq  öz qrupum və öz adımdan deyə bilərəm ki, heç birimiz belə istəkdə deyilik və məhz mən belə şey etməyəcəm".

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>