Sizin link burada

"Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə ediləcək" - Səməd Seyidov

"AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə  ediləcək".
 
 
 
APA-nın xəbərinə  görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA)  nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
 
 
 
S.Seyidov deyib ki, AŞPA-nın sessiyasının ilk günündə Azərbaycanda prezident seçkiləri  məsələsi müzakirə ediləcək: "Çox maraqlıdır ki, prezident seçkilərindən bir neçə ay sonra bu məsələ müzakirə edilir. Ancaq prezident seçkiləri neçə aydır yekunlaşıb və bu məsələni indi müzakirəyə salıblar. Prezident seçkiləri ilə bağlı Azərbaycan nümayəndə  heyətinin çıxışı olacaq, biz öz mövqeyimizi bildirəcəyik. Bildiyiniz kimi, bir neçə müddət əvvəl BMT-də prezident seçkiləri müzakirə olundu".
 
 
 
S.Seyidov növbəti dəfə "siyasi məhbus" adı altında Azərbaycana təzyiq ehtimalının olduğunu bildirib: "O cümlədən bir məsələ də bizi çox ciddi narahat edir. Bu  fürsətlərdən istifadə edərək sessiyada İnsan haqları üzrə komitədə siyasi məhbuslarla bağlı  məruzəçinin yenidən təyin olunmasını gündəmə gətirmək istəyirlər. Düşünürəm ki, məruzəçinin təyinatı da konstruktiv yanaşma deyil. İstəyirlərsə, qoy təyin etsinlər, biz elə şeydən çəkinmirik", - deyə S. Seyidov əlavə edib.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>