Sizin link burada

Rüşvət alan federasiya prezidenti istefa verdi

Qana futbolunda rüşvət qalmaqalı yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yerli futbol federasiyasının prezidenti Kvesi Nyantakyi vəzifəsindən istefa verib.
 
Son vaxtlar rüşvət aldığı ilə bağlı iddialar ortaya atılan Nyantakyi Qana prezidenti Nana Akufo-Addo ilə görüşdən sonra istefa ərizəsini təqdim edib. Eyni zamanda FİFA-nın İdarə Heyətində də yer alan federasiya başçısı ölkə prezidentindən üzr istəyib.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>