Sizin link burada

Yeni baş nazir ilk dəfə Trampla görüşdü

Kanadada keçirilən “Böyük yeddilik”  ölkələri (ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Yaponiya, İtaliya) liderlərinin sammitində İtaliyanın yeni baş naziri Cuzeppe Konte ABŞ prezidenti Donald Trampla görüşüb.

 

APA-nın xəbərinə görə, bu barədə C.Konte özünün “Facebook”-dakı hesabında yazıb.

 

ABŞ lideri ilə birgə fotosunu paylaşan baş nazir yazıb: “Tarixi ittifaq, yeni dostluq”.

 

Konte ilə Tramp arasında ikitərəfli görüşün detalları açıqlanmır. Bir həftə əvvəl baş naziri vəzifəsinə yiyələnən peşəkar hüquqşünas C.Konte siyasət sahəsində təcrübəyə malik deyil.

 

İtaliyanın baş naziri zirvə toplantısı çərçivəsində həmçinin Almaniya kansleri Angela Merkel və kanadalı həmkarı Castin Trüdo ilə görüşüb.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>