Sizin link burada

BMT-nin baş katibi Moskvaya gedir

BMT-nin baş katibi Antoniu Quterreş Moskvaya səfər edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

 

Onun sözlərinə görə, səfər çərçivəsində A.Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

 

“Baş katib həmçinin iyunun 20-də “Lujniki” stadionunda Portuqaliya-Mərakeş matçını izləyəcək”, deyə S.Düjarrik qeyd edib.

 

Qeyd edək ki, futbol üzrə XXI dünya çempionatı Rusiyada iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>