Sizin link burada

Avstriyada məscidlər bağlanır

Avstriyanın baş naziri Sebastyan Kruz ölkəsində 7 böyük məscidin bağlandığını açıqlayıb.

 

Lent.az Milliyet-ə istinadən bildirir ki, Avstriya hökumətinin qərarını açıqlayan baş nazir bağlanan ibadətgahların siyasiləşdiyini, məhz buna görə də fəaliyyətlərinə xitam verildiyini qeyd edib. Məscidlərin axundları isə ölkədən deportasiya olunacaq.

 

Bağlanan məscidlərdən 1-nə Türkiyə Diyanət Vəqfinin maliyyə dəstəyi verdiyi bildirilir. Məscidlərin bağlanması ilə bağlı Ankaranın münasibəti özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda Avstriyanın hazırkı hökuməti irqçilikdə suçlanıb.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>