Sizin link burada

İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının rəhbərini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul edib.

 

APA-nın xəbərinə görə, Yan Zahradilin sabah ölkəmizdə keçiriləcək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində iştirakından məmnunluğunu bildirən dövlət başçısı İlham Əliyev bu önəmli beynəlxalq forumun Azərbaycan paytaxtında təşkil olunmasını yüksək qiymətlənirib.

 

Azərbaycana həm Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, həm Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, həm də Avropa Parlamentinin üzvü qismində səfər etdiyini deyən Yan Zahradil bildirib ki, rəhbərlik etdiyi alyans Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirir.

 

Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan Yan Zahradil bu münasibətlərin uğurla inkişaf etdiyini deyib, ölkələrin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığının önəmini vurğulayıb. Yan Zahradil Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməsindən məmnunluğunu ifadə edib.

 

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə Avropa İttifaqına üzv olan 9 ölkə, o cümlədən Çexiya ilə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamələrin qəbul edilməsi və imzalanmasının önəmini vurğulayıb.

 

Prezident İlham Əliyev sabah Bakıda keçiriləcək tədbirin Bakıya gələn çoxsaylı qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

 

***

 

Prezident İlham Əliyev iyunun 8-də Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti Yan Zahradili qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>