Sizin link burada

Zakir Həsənov NATO-nun toplantısında iştirak edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib.
 

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlər müzakirə olunub.
 

Zakir Həsənov iclasda çıxış edərək ölkəmizin Əfqanıstana göstərdiyi dəstək barədə ətraflı məlumat verib. Müdafiə naziri Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirib.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə də töhfə verir.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>