Sizin link burada

Gürcüstanda dörd turist ölüb

Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 turist ölüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>