Sizin link burada

ATƏT nümayəndələri Tərtər rayon İH-də olublar

Bu gün Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT nümayəndələri Tərtər rayon İcra Hakimiyyətində olublar.
 
 
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller Tərtər rayon İH başçısı Müstəqim Məmmədovla görüşüblər. 
 
Görüş zamanı M.Məmmədov ATƏT nümayəndələrinə bildirib ki, fevralın 6-dan bu günə kimi Ermənistan silahlı qüvvələri 456 dəfə atəşkəsi pozublar. 
 
Daha sonra ATƏT nümayəndələri təmas xəttinə yollanıb.
 
 
Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq,  Tərtər rayonu ərazisindəki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. 
 
 
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcək.
 
 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>