Sizin link burada

Tanınmış aktyor 47 yaşında dünyasını dəyişdi

Tanınmış irland aktyor Alan О'Nill 47 yaşında dnüyasını dəyişib.
 
 
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun cəsədini mənzilində rəfiqəsi tapıb. Alanın son zamanlar ürək problemləri olduğu deyilir. Bundan başqa o, alkoqol və narkotikdən də istifadə edirmiş. 
 
 
Qeyd edək ki, Alan О'Nill  aktyorluq karyerasına 90-cı illərdə başlayıb. O, "Anarxiya oğulları" serialında Hyu obrazına və "Fair City"də Kit Makqrat roluna görə məşhurlaşmışdı. 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>