Sizin link burada

İqtisadiyyat fəlsəfəsinə dair yeni kitab işıq üzü görüb


 
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşən Nəsibovun iqtisadiyyat fəlsəfəsinə dair “Bankoman”lik və yeni iqtisadiyyat” adlanan yeni kitabı işıq üzü görüb. 
 
Lent.az-ın xəbərinə görə, kitabda iqtisadiyyat fəlsəfəsi anlayışı, iqtisadiyyat fəlsəfəsinin əsasları, iqtisadi etika və davranış, pul fəlsəfəsi, yeni iqtisadiyyat, dövlətin iqtisadi əxlaqı, iqtisadiyyatın, iqtisadi şəxsiyyətin formalaşması, iqtisadiyyatda yeni gəlir indeksi kimi tezislər  ətrafında müəyyən fəlsəfi fikirlərdən ibarət mövzular, mətnlər formalaşdırılıb. 
 
Kitabda həmçinin makro, orta və mikro iqtisadiyyatın uyğunluğu və vəhdəti, iqtisadi psixikanın (iqtisadiyyat xarakterinin) əsasları, insan xarakteri ilə iqtisadiyyatın xarakteri arasında uyğunluğun mövcudluğu, iqtisadi gərginliklər və depressiyalar, iqtisadi genişlənmənin mərkəzi və periferik əsasları, iqtisadiyyatda yığım və ehtiyat fəlsəfəsi, fövqəladə iqtisadiyyatın əsasları, iqtisadiyyatın humanitar funksiyaları başlıqları ilə fəlsəfi düşüncələr və analitik fikirlər irəli sürülüb. Kreditləşmə, kapital, iqtisadi rəqabət, dünya iqtisadiyyatı və beynəlxalq iqtisadiyyat, sağlam məzmunlu iqtisadi rəqabət, işgüzarlıq və sahibkarlıq fəlsəfəsi də kitabda mövzu kimi işıqlandırılıb. Kitabın daha bir fəsli “Bankomən”liyin əsaslarına həsr olunub. Bu anlayış yeni ideya kimi ortaya atılıb. İdeya və ətrafında müəyyən fikirlər yer alıb, ideya genişləndirilib  və təhlil obyektinə çevrilib.
 
Kitab tələbələr, tədqiqatçılar, iqtisadiyyat fəlsəfəsi ilə məşğul olan araşdırmaçılar, iqtisadiyyat sahəsində çalışan mütəxəssislər üçün faydalı ola bilər.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>