Sizin link burada

"Ermənistana səfərimizin məqsədi..." - İqor Popov

"Gələn həftə Ermənistana səfərimiz planlaşdırılıb. Bu səfər Ermənistanın yeni hakimiyyəti ilə tanışlıq məqsədi daşıyır".
 
 
 
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
 
 
 
Rusiyalı həmsədr yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyədə görüşlərin keçirilməsinin planlaşdırılıb-planlaşdırılmaması ilə barədə suala cavabında bütün bu məsələlərin həmsədrlərin Ermənistana səfəri zamanı müzakirə olunacağını söyləyib: "Yaxın günlərdə Ermənistana səfər edəcəyik. Orada bu məsələlər ətrafında ümumi danışıqlar aparacağıq. Biz həmsədrlər hələ ki, Ermənistanın yeni xarici işlər naziri ilə tanış deyilik. Səfərimizin məqsədi Ermənistanın yeni hakimiyyəti ilə tanışlıqdır".

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>