Sizin link burada

“Las Palmas”ın gözü “Qarabağ”da: Dani İspaniyaya qayıda bilər

“Qarabağ”ın futbolçusu Dani Kintana ölkəsi İspaniyaya qayıda bilər. Apasport.az saytı xəbər verir ki, “Las Palmas” Ağdam klubunun yarımmüdafiəçisinin xidmətində maraqlıdı. Ötən mövsüm La Liqada 19-cu yeri tutaraq, aşağı liqaya yuvarlanan “Las Palmas” yenidən elitaya qayıtmaq üçün güclü heyət qurmaq niyyətindədi.

 

Baş məşqçi Manolo Ximenesin yeni layihəsində Kintanaya da yer var. Bu səbəbdən ispanlar vaxt itirmədən 31 yaşlı hücumameylli oyunçu ilə danışıqlara start veriblər. Kintananın “Qarabağ”la müqavilə müddəti iyunun 30-dək olduğundan, futbolçu “Las Palmas”a azad agent kimi keçə bilər.

Digər tərəfdən Azərbaycan çempionu da aparıcı oyunçusunu saxlamaq niyyətindədi. Ağdam təmsilçisi ona yeni müqavilə təklif edib və cavabını gözləyir.

 

Qeyd edək ki, Dani Kintana 2015-ci ildən “Qarabağ”ın formasını geyinir.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>