Sizin link burada

“Neftçi” axtardığı məşqçini Moldovada tapdı

“Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” italiyalı Roberto Bordinlə danışıqları müsbət yekunlaşdırıblar.

 

İtaliya mətbuatının yazdığına əsasən, 53 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalana bilər.

 

Bordinin məşqçilik karyerası isə o qədər də zəngin deyil.

 

Belə ki, 1982-ci ildən 2005-ci ilədək futbol oynayan mütəxəssis “Sanremese”, “Taranto”, “Parma”, “Çezina”, “Atalanta”, “Napoli”, “Pyaçentsa”, “Trestina”, “Spenziya” və “Viçentsa” klublarının formasını geyinib. O, 2005/2006 mövsümündə isə məşqçi kimi fəaliyyətə başlayıb. “Boloniya”, “Padova”, “Syena”, “Sassuolo”, “Verona” (hamısı İtaliya) və “Kluj”da (Rumıniya) köməkçi işləyib. Bordin 2016-cı ildə baş məşqçi təyin edilib. O, C seriyasında mübarizə aparan “Trestina”nın “sükanı arxasına” keçib. Həmin il Moldovadan təklif alan çalışdırıcı son 2 ildə “Şerif”in baş məşqçisi olub.

 

Maraqlıdı ki, italiyalı Tiraspol klubu ilə Azərbaycana da səfər edib. O, Çempionlar Liqasının ötən mövsümünün III təsnifat mərhələsində Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”la qarşılaşıb və məğlubiyyətə üzülüb. Buna baxmayaraq, “Şerif” çıxışını davam etdirib və onlar Avropa Liqasının qrupunda da mübarizə aparıblar.

 

Bordinin baş məşqçi kimi uğurlarına gəlincə, o, 2 dəfə Moldova çempionu və eyni sayda ölkə kubokunun sahibi olub. “Şerif” həmçinin onun rəhbərliyi altında Moldova Superkubokuna da yiyələnib.

 

Qeyd edək ki, "Neftçi" mayın 31-də baş məşqçi Tərlan Əhmədovla başa çatan müqaviləni yeniləməmişdi. 

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>