Sizin link burada

Mətanətlə Aytən "Maşın"da reklam üçün qalmaqal edir? - SİRLƏR AÇILDI

“Maşın” şoudan uzaqlaşdırılan aparıcı İlhamə Bədəlova “10-dan sonra” verilişində müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, verilişdə bu sözləri deyib: “Sözün açığı heç düşünmürdüm 7 gün dayanım. Ora 3-4 günlük paltar götürmüşdüm. Hamıya qarşı kobud münasibətdə olan biri kimi göstərildim. Onu son günlərdə gördülər. Mən ən güclü rəqib idim. Bilirdilər ki, finala qalsam, yatmayacam da, ac da qalacam, çünki günlərlə oyaq qalan adamam. Heç vaxt özümdən kimisə nə aşağı, nə də yuxarı görmüçəm. Amma kənardan elə görünürəm. Orada heç kəsi olduğu kimi tanımadım. Əli Mirəliyevi belə tanımadım. Hüseyn Əzizoğlu gələn gündən dedi ki, səndən qorxuram. Bizim davamızı kişilər müzakirə edirdi, Cavidan da qarışdı o məsələyə”.

Daha sonra aparıcı Yusif Ağayev İ.Bədəlovaya “Deyirlər, efir zamanı Mətanət Əliverdiyeva ilə Aytən Səfərova bir-birinə təhqirlər deyir, reklam arasında isə mehriban olurdular” sözlərini deyib. İlhamə isə

“Bəzi hallarda elədir. Məni əsəbiləşdirən də elə odur. Kamera qabağında lazımsız kəlimələr işlədirdilər. Reklamda deyir, nə dedin mənə, yaxşı oldu. Mən onu edə bilməzdim”, - sözlərini əlavə edib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>