Sizin link burada

Müşfiqin doğum günündə Bakıda ORİJİNAL AKSİYA

VIII Şairlər Günü çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, o cümlədən müxtəlif ölkələrdən gələn qələm adamları ənənəvi olaraq Mikayıl Müşfiqin xatirəsinə həsr olunan Xəzərə gülsəpmə mərasimi keçiriblər.

 

APA-nın məlumatına görə, mərasimdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız və başqaları iştirak ediblər.

 

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ənənəvi olaraq keçirilən xatirə tədbiri haqqında danışıb: "Bu gün Mikayıl Müşfiqin doğum günüdür. Son illərdə ənənə yaranıb ki, biz onun xatirə günlərində Xəzərə gül atırıq. Çünki onun son mənzili bu dəniz olub. Müşfiqi Nargin adasında güllələyib, başqa dustaqlar kimi dənizə atıblar. Bu günü keçirməklə həm Mikayıl Müşfiqin, həm də digər dustaqların xatirəsini anırıq".

 

Layihənin rəhbəri, şair Xəyal Rza mərasimdə bildirib ki, Şairlər Günü çərçivəsində mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun xatirəsini anılıb, daha sonra bölgələrdə silsilə tədbirlərlə davam edib.

 

Mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir Poeziya Günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahim Karakoçun xatirəsi yad olunub.

 

İyunun 6-da isə Bakıda – Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqin, iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın, iyunun 8-də Şabranda Xaqani Şirvaninin xatirəsinə həsr olunacaq.

 

 Qeyd edək ki, APA tədbirin informasiya dəstəkçisidir.  

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>