Sizin link burada

DÇ-2018: Rusiyaya aparılmayan ən güclü “23-lük”

Dünya çempionatının startına çox az vaxt qalmış bütün yığmaların yekun heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər dəfə olduğu kimi, builki mundialı buraxacaq ulduz futbolçu sayı da kifayət qədərdi.

 

Bununla bağlı Rusiyaya aparılmayacaq ulduzlardan ibarət “23-lük” müəyyənləşdirilib. Siyahıya nəzər yetirdikdə, həmin heyətin dünya çempionatı iştirakçılarının əksəriyyətindən güclü olması diqqətdən qaçmır.

Mundial arzusu puç olan ən çox tanınmış sima İspaniyadadı. Bu ölkənin düz 9 oyunçusu millinin heyəti açıqlananda məyusluq yaşayıb.

 

Mundialı buraxacaq ən güclü “23-lük”:

 

Qapıçılar: Neto (Braziliya), Co Hart (İngiltərə), Bernd Leno (Almaniya)

 

Müdafiəçilər: Ektor Bellerin, Aymerik Laporte, Serxi Roberto, Mark Bartra, Markos Alonso (hamısı İspaniya), David Luiz, Aleks Sandro (hər ikisi Braziliya), Benedikt Hövedes (Almaniya)

 

Yarımmüdafiəçilər: Xavi Martines, Sesk Fabreqas, Xose Kalyexon (hamısı İspaniya), Kinqsli Koman, Adrien Rabio (hər ikisi Fransa), Raca Nainqqolan (Belçika), Mario Götze (Almaniya)

 

Hücumçular: Aleksandre Lakazett, Antoni Marsial (hər ikisi Fransa), Mauro İkardi (Argentina), Alvaro Morata (İspaniya), Leroy Sane (Almaniya).

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>