Sizin link burada

Vasif Əzimov Nazəninin verilişində nələr danışdı? - VİDEO

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı meyxanaçı Vasif Əzimova və müğənnilər Zeynəb Həsəni , Ülviyyə Füzuli olub.

Meyxanaçı V.Əzimov veriliş zamanı bəstəkarlıq istedadından söz açıb: “Ümumiyyətlə, yaradıcılıq elə bir şeydir ki, o ruhla, halla olur. Əgər o ruh səndə yoxdursa, nə mahnı alınacaq, nə də sözlər. Mən heç vaxt sözə musiqi yazmıram. İlk növbədə musiqi tapıram, musiqiyə söz yazıram. Vay o günə ki, hər ikisinin təbi eyni anda gələ. Təbim gəldisə, o zaman yeni bir nəsə yazıram”.

Daha sonra verilişin gedişatında qonaqlar öz musiqi hədiyyələrini təqdim ediblər.

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 21:30-da, təkrarı isə bazar günü 19:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>