Sizin link burada

Bombardirlərin siyahısı açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan 5 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

 

Milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 6 və daha çox qol vuranların cədvəlinə 32 futbolçu düşə bilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 4 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 14 top var. 2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətər yığmasında 2, “Əl-Sədd”də 9 qola sevinən hücumçu ümumilikdə 11 dəfə rəqib qapısına yol tapıb. 3-cü pillədə ispaniyalı Byenvenido Maranyondu. O, Filippinin “Seres Neqros” klubunda 10 qol vurub.

 

Avropada çıxış edənlər arasında ən yaxşı nəticə portuqaliyalı Kriştianu Ronaldoya məxsusdu. O, 7-ci sırada qərarlaşıb. O, ümumilikdə 8 - yığmada 2, İspaniya “Real”ında 6 dəfə fərqlənib.

 

Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən beynəlxalq matçlarda 4 qol vurub. Hər topu bir oyunçu vurduğundan bu “dördlük”də fərqlənən yoxdur.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>