Sizin link burada

Qvardiola cəzalandırıldı

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola cəzalandırılıb.

 

Apasport.az saytının məlumatına görə, UEFA-nın Nizam-İntizam komitəsi ispaniyalı mütəxəssisin Çempionlar Liqasının “Liverpul”la matçındakı hərəkətinə biganə qalmayıb.

 

Texniki zonadan qovulan və baş hakimi söyən Qvardiolaya iki oyunluq cəza verilib. Cəzanın yarısı şərti tətbiq olunacaq. Həmin şərti hissənin sınaq müddəti 1 mövsümü əhatə edəcək.

 

Qvardiola Çempionlar Liqasının qarşıdakı mövsümünün ilk oyununda texniki zonada olmayacaq.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>