Sizin link burada

“İqtisad elminin müasir problemləri”

UNEC-in Zaqatala filialında “İqtisad elminin müasir problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.

 

Lent.az xəbər verir ki, konfrans iştirakçıları öncə Zaqatala rayonunun mərkəzində ümummilli liderin adını daşıyan parkda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

 

UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov bildirib ki, ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uğurlu inkişaf yolu keçərək bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də əhəmiyyətli nailiyyətlər əldə edib. Bu uğurlu siyasətin bölgələrdə sənaye və kənd təsərrüfatının inkişafına, xüsusi ixracyönümlü məhsul istehsalının artmasına təkan verdiyini diqqətə çatdıran S.Yaqubov dinamik inkişaf edən iqtisadiyyatın bu sahədə yüksək ixtisaslı kadrlara tələbatı da artırdığını vurğulayıb.

 

Zaqatala rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq İsayev regionların inkişafının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bildirərək, bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından söz açıb.

 

Filialın direktoru, professor Orucəli Rzayev “UNEC-in Zaqatala filialının Azərbaycan Respubilikasının şimal-qərb bölgəsinin iqtisadi inkişafına təsir prespektivləri” mövzusunda çıxış edib.

 

“Tədqiqat universitetinə keçid: Dünya səviyyəli universitetlərin təcrübəsinin UNEC-də tətbiqi məsələləri”nə nəzər salan UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bu mövzuda məruzə ilə çıxış edib.

 

Respubilikanın 14 müxtəlif ali təhsil müəssisəsindən yüzdən çox elm adamının iştirak etdiyi konfrans işini 4 istiqamət üzrə bölmələrdə davam etdirib.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>