Sizin link burada

Aytən Səfərova Mətanəti "Maşın"dan uzaqlaşdırmadığı üçün peşmandır

Aparıcı Aytən Səfərova bir neçə gün öncə həmkarı Mətanət Əliverdiyevanı “Maşın şou"dan uzaqlaşdırmadığı üçün peşmandır. Lent.az-ın məlumatına görə, A.Səfərova bu barədə instaqramda yazıb. O, izləyicilərindən yenidən səs istəyib: “Əzizlərim, mən sizin hamınızın etimadını, inamını, mənə olan hörmətini bir dəqiqənin içində itirmişəm. Çox böyük bir səhv etdiyimi anlamışam. Amma çox gec! Məni qınayıb tənqid edirsiz. Düz də edirsiz, haqqınızdır! Boynum hər birinizin qarşısında tükdən incədir. Hamınızdan üzr istəyirəm. Allah öz qullarının səhvini bağışlayır. Bu mübarək ayda bağışlayın və səhvimi düzəltmək üçün son şans verin. Mənə qəzəbli olan insanların ürəyində rəhm hiss olduğuna inanıram, böyüklüyünüzü əsirgəməyin!”.

 

Qeyd edək ki, A. Səfərova səsvermə zamanı yüksək səs toplasa da, Mətanəti uzaqlaşdırmayıb. Əvəzində isə aktyor-aparıcı Məcid Hüseynovu şoudan kənarlaşdırmışdı. 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>