Sizin link burada

Yığmamızdan səfər qələbəsi

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi V turun qarşılaşmasına səfərdə çıxıb.
 
 
 
Komandamızın rəqibi Portuqaliya voleybolçuları olub. Matozinyuşda baş tutan qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb.
 

Rəqibin sadəcə bir setdə üstün olmağa gücü çatıb - 1:3.

 

Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qəbul edib. Bolqarlar 3:0 hesablı qələbə qazanaraq qrup liderliyini qoruyublar. Belə ki, balkanlılar yığmamızla eyni xal toplasa da, set fərqində millimizi qabaqlayırlar.

 

Qızıl Avropa Liqası

A qrupu

V tur

 

2 iyun

Portuqaliya - Azərbaycan - 1:3 (20:25, 28:26, 11:25, 15:25)

Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)

Matozinyuş, İdman və Konqres Mərkəzi

 

Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende. 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

5

4

1

13-5

436-372

12

2

Azərbaycan

5

4

1

13-7

469-420

12

3

Ukrayna

5

2

3

8-10

411-411

6

4

Portuqaliya

5

0

5

3-15

333-446

0

 

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>