Sizin link burada

Ronaldonun yeni klubu ilə bağlı İDDİA - YENİLƏNİB

 

 
 
"Real Madrid" klubundan ayrılacağı ilə bağlı xəbərlər yayılan futbolçu Kristiano Ronaldonun hansı klubu seçəcəyi barədə iddialar da ortaya atılıb. Lent.az xarici mətbuata istinadən bildirir ki, məşhur italyan texniki direktor Fabio Kapello Ronaldonun "Mançester Yunayted"ə dönərək yenidən Joze Maurinyo ilə çalışacağı barədə açıqlama verib. Kapellonun bu açıqlaması İngiltərə mətbuatında xeyli reaksiyaya səbəb olub və ulduz futbolçunun yenidən "Mançester Yunayted"ə qayıtması məsələsini gündəmə gətirib.
 
***
 
 

 

12:49

 

 

“Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının finalından bir neçə həftə öncə komanda yoldaşlarına mövsümün sonunda klubdan ayrılmaq istədiyini deyib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu qərarını klubdakı vəziyyətin onu qane etməməsi ilə əlaqələndirib.

 

Xəbərdar olmalarına rəğmən, “Real”ın futbolçuları Ronaldonun “Liverpul”la final matçından sonra açıq şəkildə bu yöndəki fikirlərini bəyan etməsindən narazı qalıblar. Hətta kapitan Serxio Ramosun oyundan sonra 33 yaşlı oyunçuya xəbərdarlıq etdiyi yazılır. Rəhbərlik də öz növbəsində Ronaldo ətrafında yaranan vəziyyətdən razı deyil.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>