Sizin link burada

Muxtar Babayev rejissor İqor Bışnyovla görüşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib, bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub.

 

Görüşdə Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>