Sizin link burada

ABŞ-da şəhər su altında qaldı

ABŞ-ın Merilend ştatının Ellikot şəhərində güclü daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Merilend ştatın qubernatoru Larri Hoqan bəyan edib.

 

Məlumata əsasən, 2016-cı ildə güclü güclü yağış və daşqınlarla üzləşmiş şəhər yenidən su altında qalıb.

 

Yerli hökumət əhalini təhlükəli əraziləri tərk etməyə, xəbərləri izləməyə və təlimatlara riayət etməyə çağırıb.

 

Qeyd edək, Ellikot şəhərində 70 minədək insan yaşayır.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>