Sizin link burada

Corc Buş yenə xəstəxanalıq oldu

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Men ştatında xəstəxanaya yerləşdirilib.

 

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” hesabında ailənin nümayəndəsi Cim Makqrat yazıb.

 

Məlumata əsasən, 93 yaşlı C.Buşun təzyiqi kəskin şəkildə aşağı düşüb.

 

Ötən ay C.Buş qanında infeksiya aşkarlandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

 

Böyük Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.

 

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>