Sizin link burada

Şəkidə 59 yaşlı qadını bir ayda iki dəfə ilan sancdı

Bu gün günorta saat 12 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1959-cu il təvəllüdlü Nuxta Rəsul qızı Xudaverdiyeva ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, 59 yaşlı N. Xudaverdiyeva yaşadığı evin həyətyanı sahəsində kartof çıxaran zaman ilan qəfildən onun sağ əlinin dördüncü  barmağından sancıb. N. Xudaverdiyevaya lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Məlumatda bildirilir ki, N. Xudaverdiyev bir ay əvvəldə ilan sancması diaqnozu ilə Şəki MRX-da müalicə alıb.

 

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>