Sizin link burada

Yığmamız Makedoniyaya uduzdu

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib.

 

Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb. Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dəfəki duelinin taleyini bir top həll edib.

 

Anton Krivotsyukun avtoqolu balkanlılara qələbə qazandırıb. Millimiz məğlubiyyətdən qaçmaq imkanı qazansa da, Fərid Nəbiyev penaltidən yararlana bilməyib. Bu, yığmamızın Bakıda keçirdiyi son üç matçda 2-ci məğlubiyyətidir. Komandamız Makedoniya ilə matçlardan öncə Gürcüstana da uduzmuşdu – 1:2.

 

Yoldaşlıq oyunu

 

27 may

 

Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1

 

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

 

Fərid Nəbiyev 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.

 

Baş hakim: Orxan Məmmədov

 

Dalğa Arena”

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>