Sizin link burada

Fransa-Azərbaycan Komissiyası yaradılacaq

Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün komissiya yaradılacaq.

 

APA-nın xəbərinə görə, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatda bildirib.

 

Fransalı nazir deyib ki, iki ölkənin iqtisadi əlaqələri genişdir, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə böyük perspektivlər var: "Bununla bağlı Fransa-Azərbaycan komissiyası yaradılacaq ki, bu mövzular ətrafında müzakirələr aparılsın.  Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir".

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>