Sizin link burada

Fransa XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin həlli..."

"Fransa Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə həllinə dair həll variantının tapılmasına kömək edir".

 

APA-nın xəbərinə görə, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

 

Fransalı nazir deyib ki,  Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var: "Mövcud status kvo həll variantı deyil. Bizibiz sülhü və regionda  stabilliyi istəyirik.   Ümid edirik ki, növbəti aylar  ərzində  bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də  öz əlaqələrimizi davam etdirəcəyik".

LENT

21 İyun 2018
20 İyun 2018

Digər xəbərlər >>>