Sizin link burada

Suriyada 4 Rusiya hərbçisi öldü

Suriyada dörd Rusiya hərbçisi həlak olub.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə,  bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

 

 

Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>