Sizin link burada

FHN əməkdaşları xüsusi əməliyyat keçirdi - BAKIDA

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki hündürmərtəbəli binada yaşayan 1978-ci il təvəllüdlü Novruzov Anar Nizam oğlunun halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranması, lakin lift işləmədiyi üçün xəstəxanaya təxliyənin mümkün olmaması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər A.Novruzovu pilləkənlə 16-cı mərtəbədən aşağı endirmiş və həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>