Sizin link burada

Təhsil naziri: "Bu universitet təhsil sistemində katalizator rolunu oynayır"

"Təhsil ölkələr arasında əlaqələrin qurulmasında xüsusi rol oynayır".

 

APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan - Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında deyib.

 

Azərbaycan rəhbərliyi tərəfindən təhsilin inkişafına  daima yüksək diqqət göstərildiyini deyən təhsil naziri UFAZ  layihəsinin Azərbaycanın ali təhsil sistemində katalizator rolunu oynadığını söyləyib: "Digər ali təhsil  müəssisələri UFAZ-da tətbiq olunan kurikulumlar, tələbələrin seçimi, qiymətləndirilməsi, tətbiq  olunan digər mütərəqqi yanaşmalar istiqamətindən faydalana bilərlər. Fransa xin rəhbərinin bu gün UFAZ-a gəlişi iki ölkə arasında humanitar münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisidir".

 

 

Təhsil naziri qeyd edib ki, müasir dünyada ali təhsil müəssisələri innovativ iqtisadi artım mərkəzlərinə çevrilməkdədir: "Beynəlxalq təcrübə göstərir ki,  belə olan halda bu fəaliyyətdə biznes sektorunun iştirakı  önəmlidir. Bir il əvvəl UFAZ fondunun yaradılmasına dair sənəd imzalanmışdı. Fondun əsas  məqsədi təhsil alan tələbələr üçün təhsil, tədqiqat, startap,  innovativ layihələrə dəstək verməkdir.  Bu gün bu tədbir  zamanı Azərbaycan və Fransa şirkətləri arasında  çərçivəsində anlaşma memorandumlarının imzalanması bu istiqamətdə görülən işlərin  göstəricisidir. Bizim strateji məqsədimiz Azərbaycanın  ali təhsil müəssisələrini beynəlxalq səviyyəyə çatdırmaqdan ibarətdir. Düşünürəm ki, həm UFAZ,  həm də buna oxşar digər layihələr ali təhsilin, eləcə də ölkəmizin inkişafına  böyük töhfələr vermiş olacaq".

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>